Prostat böyüməsinə nələr səbəb olur?
Prostat böyüməsi yaşla əlaqədar olaraq böyüyür, əsasən 50 yaşdan sonra başlayır. Bundan əlavə yaş artdıqca kişələrdə olan hormonal dəyişikliklər (estrogen və testosteron) böyüməyə səbəb olan ikinci faktor sayılır.
Prostat adenomasının (böyüməsinin) əlamətləri hansılardır?
Prostat adenoması (böyüməsi) olan xəstələr bizə əsasən gecələr sidiyə qalxmaq, nazik və kəsik-kəsik işəmə, gücənərək sidiyə çıxmaq, sidiyin yanlara doğru haçalanması, sidiyə çıxdıqdan sonra sidik kisəsində qalıq sidiyin olması hissiyyatı, tez-tez sidiyə çıxmaq, sidik saxlamamazlıq (tualet’ çatmadan və ya damcı şəklində) ya da heç sidiyə çıxa bilməmək kimi şikayətlərlə müraciət edirlər. Normal halda gecələr sidiyə qalxmazlar, yalnız prostat böyüdüyü halda bunu görürük.
Prostat adenoması (böyüməsi) olan xəstələrin şikayətləri iki qrupa ayrılır:
1. Depolama funksiyası (sidiyin toplanması)
- Tez-tez sidiyə çıxmaq (pollakuriya - gündə 7-dən çox sidiyə çıxmaq və ya 2 saat içində yenidən işəmə istəyi)
- Gecelər sidiyə çıxmaq (nokturiya)
- Qəfil işəmə hissi (urgency)
- Qəfil işəmə hissi nəticəsində tualetə çatmadan sidik qaçırması (urge incontinans)
- Yanqılı sidik ifrazı (dizuriya)
2. İşəmə funksiyası (sidiyin xaric edilməsi)
- İşəməyə başlarkən gözləmək (Hesitancy)
- Kəsik-kəsik işəmə (İntermittency)
- İşəmənin sonunda damcı sidik (Terminal dribbling)
- Sidiyin təzyiqinin azalması, nazik işəmə
- Sidiyin tam boşaldılmaması hissi (İncomplete emptying)
- Prostat böyüməsi (adenoması) olan xəstəyə yanaşma
Anamnez - xəstənin əvvəllər keçirdiyi əməliyatlar, travmalar, digər xəstəliklər, ailədə prostat adenoması (böyüməsi) və prostat xərçənginin olub-olmaması, urogenital infeksiyalar və.s müəyyən edilir.
Fizik müayinə - prostat adenoması (böyümısi) olan xəstədə böyümüş prostatın həcmi,quruluşu ilk öncə barmaqla rektal müayinə aparılır (çox böyük informasiya verən bir üsuldur). Barmaq müayinəsi ilə prostat böyüməsi və prostat xərçəngi diferensasiya edilir. Həkimin təcrübəsindən asılı olaraq barmaq müayinəsi 69-89%-hallarda düzgün informasiya verir.
Sidiyin ümumi analizi aparılır-infeksiyanın,hematuriyanın (sidikdə qanın) olması və.s müəyyən edilir.Mkroskopik hematuriyası (sidikdə görünməyən qan) olan kişilərin 4-5%-də 3 il ərzində prostat xərçəngi vəya başqa uroloji problemin olabiləcəyini işarə edir.
Laborator analizlər - PSA (prostat spesifik antigen). PSA yalnız prostat vəzidə hazırlanır, qandakı normal miqdarı yaşa görə dəyişir. Prostat böyüməsində PSA baxılması prostat xərçənginin digerensasiyasında çox önəmlidir. PSA 0-4 arası normal qəbul olunur. 4-dən yüksək olması mütləq araşdırma tələb edir, bu halda ən düzgün məlumatı prostat biopsiyası verir. Prostat adenoması olan xəstələrin 28%-də PSA 4-dən çox olur, buna baxmayaraq prostat xərçəngi olan kişilərin 20-30%-də isə PSA normal olur.
Böyrək funksiyalarının dəyərləndirilməsi - Prostat adenoması olan kişilərin 13,6%-də böyrək funksiyalarında çatışmazlıq olur. Bunu nəzərə alaraq prostat adenoması olan kişilərdə böyrək funksiyası müəyyən edilməlidir,qanda kreatinin və digər görüntüləmə üsulları ilə dəqiqləşdirilməlidir (USM, KT - kompüter tomoqrafiya, rentgen və.s).
İşəmənin dəyərləndirilməsi:
Uroflometriya: Sidik təzyiqini-axma sürətininin ölçülməsidir. Ən sürətli axım və orta axım ümüumi işəmə müddəti, işəmə əyrisi və ümumi işənən həcm (150 ml-də az olduqda araşdırmaq lazımdır) müəyyənləşdirilir. Ən sürətli işəmə 15-ml/san-də çox olmalıdır.
İşədikdən sonra qalıq sidiyin müəyyən edilməsi - normal kişilərdə işədikdən sonra sidik kisəsində qalıq sidik qalmamalıdır (12 ml-dən az olmalıdır). Prostat adenoması olan kişilərdə isə işədikdən sonra sidik kisəsində qalıq sidik qalır (100 ml-dən çox sidik qalması problem olduğunu göstərir).
Dr. Seymur MEHTİYEV