PROSTATİT MÜALİCƏSİ

proissledProstatit necə müalicə olunur ?

Prostatitin müalicəsində son illərdə olan aparılmış araşdırmaların nəticəsi olaraq 4 təməl müalicə prinsipi vardır:

  1. İltihabın müalicəsi
  2. Sidik ifrazının rahatlaşdırılması
  3. Spazmanın azaldılması
  4. Stresin azaldılması

 

Xəstələrin ən çox soruşduğu suallar:

Prostat müayinəsi ağrılıdırmı?

Xeyir, olduqca sadə və ağrısız bir müayinədir.

Prostatit prostat xərçənginə səbəb olarmı?

Bu haqda dəqiq məlumatlar olmasada, 40 yaşdan sonra prostatit və prostat xərçəngi eyni vaxtda ola bilir. Prostat xəçəngi riski olan ailədə, prostatit olduğu zaman prostat xərçəngi üçün PSA (prostat spesifik antien) müayinəsi aparılması tövsiyə olunur.

Prostatit müalicəsindən bir müddət sonra eyni şikayətlər təkrarlana bilərmi?

Bəli ola bilir. Xüsusilə xroniki bakterial olmayan prostatit zamanı müalicə və aparılmış qoruyucu tədbirlərə baxmayaraq xəstəlik iqlim dəyişməsi, stres və.s halarda təkrarlana bilir.

Prostatiti olan xəstələr nələrə diqqət etməlidirlər?

Cinsi həyatınızı mütəmadi (requlyar) olmasına diqqət edin, Cinsi əlaqə zamanı boşalma ehtiyacı olduğu zaman ozünüzü sıxmayın, Özünüzü soyuqdan qoruyun (xüsusilə ayaqlarınızı), İsti vannalar, xüsusilə soyuq havlarda çox xeyirlidir, Syuq vəya beton yerdə oturmayın, Spirtli içkilərdən uzaq olun, Qəbizlik varsa müalicə olunun, Qıcıqlandırıcı (ədviyyatlar) yeməklərdən ustifadə etməyin, Uzun müddətli oturaq həyat keçirməyin və.s

Əlaqə məlumatları

adress

Funda Hospital.

Bakı ş. Nərimanov r-nu, İsmayıl Hidayətzadə küç.163 (Montin).

(+994 12) 555 44 30

(+994 50) 555 20 30

info%drseymur#az

 

Həkimə müraciət forması

İsmarıc: (min 10 sym)*

Ad və soyadınızı daxil edin:*

Email ünvanınızı daxil edin:*

Telefon:*

Yoxlama sual:*

=

(*) - işarələnmiş sahalərin doldurulması vacibdir!

Müraciət göndərildi

Müraciətin göndərilməsi mümkün olmadı!