Prostatitin səbəbləri nələrdir?
- İnfeksiyalar: Bakteriyalar (xlamidiya, mikoplazma, trixomonas, qonorreya, viruslar, E.Coli, klebsiella. psevdomonas, enterobakteriya və.s)
- Anatomik: Prostaitin başlamasında və inkişafında iki əsas tip anatomik anormallıq rol oynayır - 1-obsturksiya, 2-reflüks. Sidik kisəsinin boynunun böyüməsi, prostat hiperplaziyası (xoş xassəli böyüməsi) və.s faktorlar səbbə olur.
- Travmatik: Keçirilmiş hər hansı bir travma (pelvik vəya aralıq nahiyədə) prostatit yaranmasına və inkişafına səbəb olur.
- İmmunoloji-nevroloji və.s
- Kişiyə tibbi səbəblə kateter (sidik ifrazı üçün) qoyulması
- Anal yolla cinsi əlaqə
- Qəbizlik və.s
Prostatitin ümumi simptomları hansılardır?
Çox saylı araşdırmalar ilk simptomun ağrı olduğuni bildirir.Bu ağrı çanaq,aralıq,qasıq,xaya,penis və cinsi əlaqədə boşalma zamanı,sidik ifrazı vaxtı və.s nahiyələrdə və hallarda olur,kəskin hallarda temperaturun yüksəmləsi,sidik ifrazının təzyiqinin (sürətinin), spermanın atılmasının sürətinin azalması müşahidə olunur. Cinsi pozğunluqlara da səbəb olur( ereltil disfunksiya, erkən boşalma və.s)
Prostatitin hansı növləri vardır?
Prostat iltihabı (prostatit) 4 növdə olur:
- Kəskin bakterial prostatit
- Xroniki bakterial prostatit
- Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu) a) prostat şirəsində mikrob olmur,yalnız iltihab hüceyrələri olur; b)prostat şirəsində mikrob və iltihab hüceyrələri olmur, yalnız xroniki ağrı olur
- Simptomsuz prostatit (hər hansı bir şikayət olmadığı halda,prostatit olması)
Kəskin bakterial prostatit
Xəstəliyin ən az lakin ən ciddi formasıdır. Əsasən 50 yaşdan gənclərdə olur. Yaranmasında bakteriyalar (mikroblar) rol oynayır.
Əlamətləri:
- Yüksək temperatur, halsızlıq
- Üşütmə
- Qripə bənzər vəziyyət
- Ağrı
- Sidiyə çıxarkən ağrı və yanma hissi
- Sidiyə çıxarkən təzyiqinin azalması və ifrazın çətinləşməsi
- Sidiyə çıxarkən onun tam boşalmamsı,qalıq damla sidik qalması,vəya sonradan sidiyin damla halda axması
- Tez-tez sidiyə çıxmaq-Bəzən qanlı sidik-Ağrılı cinsi əlaqə
Diaqnozu: Sidiyin müayinəsində leykositlərin artması, hematuriya (sidikdə qanın olması), bakteriuriya (mikrobların olması), prostat şirəsinin müayinəsi, rektal müayinə (prostatın ödemli-şişkin olması), USM (ultrasəs müayinəsi) və xəstənin şikayətləri.
Kəskin prostatitlər yaxşı müalicə edilməzsə prostat absesi yarana bilər.Prostat absesi Kəskin bakterial prostatitin ağırlaşmasıdır. Şəkər xəstəliyi (diabetes mellitus) zamanı daha çox rast gəlinir. Rektal (düz bağırsaqdan) USM və ya KT (kompüter tomoqrafiya) ilə dəqiqləşdirilir.
Xroniki bakterial prostatit
Bu halda da bakteriyalar (mikroblar) rol oynayır. Əlamətləri kəskin bakterial prostatitə yaxındır, lakin bir qədər sakit halda. Bəzən prostat vəzidəki kalsinatlar (daşlar) bakteriyaları özlərinə çəkərək xəstəliyin yaranmasında rol oynayırlar. Xroniki prostatit çox kişidə var, əlamətlər zəif olduğu üçün bir o qədər də narahat etmir, lakin müayinə zamanı aşkar olunur. Uzun müddətli xroniki prostatit cinsi funksiyaların zəifləməsinə səbəb olur.
Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu)
Prostat xəstəliklərində ən çox görülən növüdür. Bu xəstəlik kişilərin həyat keyfiyyətinə (yaşama qabiliyyətini) uzun müddət mənfi təsir edərək cinsi funksiyaların azalmasına səbəb olur. Səbəbi bilinmədiyi üçün diaqnozu və mülicəsi çətin olan bir prostatit növüdür. Bu halda xəstəliyi tamamilə aradan qaldırmaq deyil, şikayətlərin rahatlaması ən önəmli məqsədlərdəndir.
Simptomsuz prostatit (hər hansı bir şikayət olmadığı halda, prostatit olması)Xəstəliyin bu formasında heç bir şikayət olmaz, lakin laborator və klinik müayinələr nəticəsində prostat olduğu görülür. Sidik ifrazı pozulmalarının və ağrının az olduğu müşahidə olunur. Xəstələr əsasən 20-45 yaşlar arasında olur. Prostat şirəsinin müayinəsində infeksiya (mikrob) və leykositlər olmur. Bu xəstələrdə psixoloji problemlər çox rast gəlinir. Bu prostatitdə antibiotiklər effektli olmur.
Sizinki Hansı Növdür? Prostatitit diaqnozunda ən önəmli iki addım, oxşar şikayətlərə səbəb olan digər halların inkar edilməsi və hansı növ prostatitinizin olduğunu müəyyən etməkdir. Bunun üçün əvvəlki müalicələriniz, keçirdiyiniz digər infeksiyalar, cinsi həyatınız və digər şikayətləriniz önəmlidir. Ardından fizik və rektal müayinə aparılmalıdır.