PROSTAT MÜALİCƏSİ

Prostat böyüməsinin (adenomasının) müalicəsi

how-is-saw-palmetto-metabolized-14940Prostat adenomasının müalicəsi zamanı həm medikal (dərmanlarla) həm də cərrahi üsullardan istifadə edilir. Burada prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Ən doğrusu 50 yaşa çatmış hər kişinin həyatında bir dəfə etməli olduğu-həkimə gedib prostat müayinəsindən keçmək və irəlidəki illərdə qarşılaşacaq bu problemləri vaxtında aşkar etmək, düzgün məsləhətlər və müalicələr almaqdır. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman) yoxsa cərrahi müalicə seçilir.

Cərrahi müalicə: Bugün üçün qızıl standart TUR-P-dir (Transurethral resection of prostate) .Yani heç bir kəsik aparmadan sidik kanalından endoskopik üsullarla girilərək böyümüş prostat hissələrinin rezeksiya (kəsilib çıxarılması) edilməsidir. Çəkisi 80 qr-dək olan prostatların TURP olması tövsiyə olunur.

image084Böyümüş prostatın endoskopik görünüşü

Uzun müddət müalicə edilməmiş prostat böyüməsi xəstələrdə hansı tibbi və sosial şikayətlərə səbəb olar

  1. Gecə və gündüz tez-tez sidiyə çıxmaq ehtiyacı ilə yuxunun pozulması, gündüzlər ümumi yuxulu və halsızlıq
  2. Həyat keyfiyyətinin pozulması, depresiyanın artmasına səbəb olur
  3. Cinsi funksiyaların önəmli dərəcədə pozulması (spermanın təzyiqinin, həcminin azalması, tam boşala bilməmək və.s)
  4. Sidik-cinsiyyət yollarının infeksiyalarının artması
  5. Qanlı işəmə: sidikdə qanın olması
  6. Sidik kisəsi daşının daha tez və rahat yaranması
  7. Gücənərək çətinliklə sidiyə çıxdığı üçün qasıq yırtığının yaranması
  8. Böyrəklərin funksiyasının pozulması, onların böyüməsinə, böyrək çatışmazlığına və.s şikayətlərə səbəb olur.
    Nələrə diqqət edilməlidir?

 

Prostat xəstəlikləri əsas üç formada qarşımıza çıxır. Bunlar bir-birilərindən müstəqil halda yaranır, biri digərindən asılı olmadan

  1. Prostat vəzinin iltihabi xəstəlikləri (Prostatitlər), əsasən gənclərdə qarşımıza çıxır
  2. Prostatın xoş xassəli böyüməsi (adenoması)
  3. Prostat xərçəng

 

Prostatın böyüməsi zamanı olan problemlər onun daha çox böyüməsi deyil,yaratdığı şikayətlər önəmlidir.Bəzən kiçik prostatlar belə çox böyük sosial və tibbi problemlər yaradır.

Prostat xəstəlikləri şikayəti ilə müraciət edən xəstələrdə ən önəmli olan prostat adenoması yoxsa prostat xərçəngi olduğunu düzgün müəyyənləşdirməkdir.

Prostat böyüməsi (adenoması) günümüzdə çox gözəl şəkildə müalicə olunmaqdadır. Bunu gündəlik təcrübəmizə və xarici ölkələrin təcrübəsinə əsaslanaraq tam rahatlıqla deyə bilərik.

Bu günkü gündə 50 yaşından böyük hər bir kişi hər hansı bir şikayəti olmadan ildə bir dəfə mütləq uroloji müayinədən keçməlidir!!!

Dr. Seymur MEHTİYEV

Əlaqə məlumatları

adress

Funda Hospital.

Bakı ş. Nərimanov r-nu, İsmayıl Hidayətzadə küç.163 (Montin).

(+994 12) 555 44 30

(+994 50) 555 20 30

info%drseymur#az

 

Həkimə müraciət forması

İsmarıc: (min 10 sym)*

Ad və soyadınızı daxil edin:*

Email ünvanınızı daxil edin:*

Telefon:*

Yoxlama sual:*

=

(*) - işarələnmiş sahalərin doldurulması vacibdir!

Müraciət göndərildi

Müraciətin göndərilməsi mümkün olmadı!