PROSTATİT NƏDİR?

prostataProstatit, prostat vəzidə infeksiya vəya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir. Ağrı, yanma, sidik ifrazının pisləşməsi, sidiyin tam boşalmaması(damcı sidik qalma hissi), sidik ifrazında yanma, tez-tez sidiyə çıxmaq, gecələr sidiyə çıxmaq, bel ağrısı, yorğunluq və.s şikayətlərə səbəb olan prostatit, kişilərin həyat keyfiyyətini önəmli dərəcədə azaldır və təxminən hər 10 kişidən 4-ü prostatitdir.

Prostatit, prostat vəzinin iltihabı zamanı istifadə olunan ümumi bir termindir. İltihab isə infeksiya və digər faktorlarla əlaqədardır. Prostat yalnız kişilərdə olan bir vəzidir, düz bağırsağın önündə, sidik kisəsinin altında yerləşir. Yetişkin kişidə çəkisi 20-25 qr-dır. Eninə bir çıxıntı ilə iki hissəyə ayrılır, ön hissə sidik kisəsi ilə əlaqədardır və prostatik uretra (arxa sidik kanalı) keçir (sidiyin çıxarılmasını təmin edir), arxa hissədən hissə toxum çıxarıcı kanal (sperma daşıyan kanal) keçir.

Prostatın vəzifəsi - prostat bir vəzidir. Eynı zamanda orqanizmin ikincili cinsi orqanıdır. Ən önəmli vəzifəsi eakulyatın (spermanın) 30-35% təşkil edərək onun həcmini artırır və sulandırır. Beləliklə ifraz olunan eakulyatın həcmini artıraraq spermanın daşınması asanlaşır və mayalanmanı asanlaşdırır. Prostat şirəsində pH 6,5 olur və süd rəngində xüsusi bir iyə malik olan mayedir. Prostat yeniyetmə dövrünə qədər fəal olmur, bu dövrdə aktivliyi artmağa başlayır və 25 yaşa qədər artır, daha sonra isə fəaliyyətində yavaş-yavaş azalma qeyd olunur.

 

Prostatın iltihabi xəstəliklər

Prostat iltihabı zamanı mikroblar bir başa və ya qan vasitəsilə gəlirlər. Prostatit xəstələrini dəyərləndirmək və müalicə etmək bir o qədər də çətinlik törətmir, lakin ən önəmli xəstəliyin diaqnozunu və klassifikasiyasını təyin etməkdir. Xəstələrin böyük bir qismi müalicənin effekt verməməsi, pelvik ağrı (çanaq və aralıqda-ayaqların arasında) ilə müraciət edirlər. Xəstələrin əksəriyyəti artan və azalan ağrı, sidik ifrazının pozulması, ağrılı və çətinliklə cinsi əlaqədə olmaq və.s şikayətlərlə müraciət edirlər. Ümumiyyətlə, prostatit gənc kişiləri narahat edən bir xəstəlikdir. 50 yaşdan aşağı kişilərdə ən çox qoyulan uroloji diaqnozdur, 50 yaşdan böyük kişilərdə isə 3-cü ən çox uroloji diaqnozdur. Kişilərin 25% -i həyatlarının hər hansı bir dövründə prostatit simptomları olduğunu söyləyirlər.

Dr. Seymur MEHTİYEV

FACEBOOK

Əlaqə məlumatları

adress

MediStyle Hospital.

Həsən Əliyev.116 (Şəki restoranının yaxınlığı. Nərimanov metrosundan 2 və 11 saylı avtobuslarla gəlmək olar).

(+994 12) 555 44 30

(+994 50) 555 20 30

info%drseymur#az

 

Həkimə müraciət forması

İsmarıc: (min 10 sym)*

Ad və soyadınızı daxil edin:*

Email ünvanınızı daxil edin:*

Telefon:*

Yoxlama sual:*

=

(*) - işarələnmiş sahalərin doldurulması vacibdir!

Müraciət göndərildi

Müraciətin göndərilməsi mümkün olmadı!